Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun baş hakimi olan Dario Bel ilə bağlı maraqlı məqam ortaya çıxıb.
Sportnet.az-ın məlumatına görə, xorvatiyalı FIFA referisi bu mövsüm ikinci dəfə "ağ-qaralar"ın matçına təyinat alıb. O, paytaxt klubunun Kiprdə "Aris"lə oynadığı II təsnifat mərhələsinin ilk görüşündə (0:2) dördüncü hakim funksiyasını yerinə yetirib.
"Neftçi" - "Rapid" qarşılaşmasında Belə Maryan Tomas və Kristian Novosel köməklik göstərəcək. Dördüncü hakim isə Tixomir Pein olacaq.
Qeyd edək ki, avqustun 4-də "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başalayacaq.