
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş" klubu Macarıstan çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, Budapeşt təmsilçisi "Puşkaş Akademiyası" komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+4-cü dəqiqədə Kristof Zakariassen vurub.
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk oyununu avqustun 3-də evdə, cavab matçını avqustun 9-da səfərdə keçirəcək.