"Zirə"də idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin fəxri prezidenti Orxan Məmmədov özünün tviter səhifəsində paylaşım edib.
Funksioner iclasda klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilyini bildirib: "Müşahidə Şurasının sədri seçilməyimlə bağlı göstərdikləri etimada görə üzvlərə təşəkkür edirəm".
"AzFar Group" şirkətinin maliyyə direktoru Qabil Abdullayev, "Santral Elektrik" QSC-nin təsisçisi Fuad Rzayev, "Azərenerj" ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.