"Maraqlı oyun oldu, son çempiona qarşı oynadıq. Komandam rəqibin adından qorxmadan mübarizə apardı".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis ilk hissədə iki qol imkanından yararlana bilmədiklərini söyləyib: "Çalışırdıq ki, heç bir komponentdə rəqibdən geri qalmayaq. Komandamdan narazılığım yoxdur".
M.Qurbanov komandanın hədəflərindən də danışıb: "Yaxşı oyunçular olduqca komandaya dəvət edəcəyik. Oyundan-oyuna yaxşı çıxış edərək, xal ehtiyatımızı artırmaq hədəfimizdir. Mövsümün sonunda isə mövqeyimizə baxarıq".