UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.
"Qarabağ" Çexiyada "Viktoriya" (Plzen) kollektivinə 1:2 uduzaraq, turnirdə mübarizəni dayandırıb. Plzen təmsilçisi qrup mərhələsində çıxış edəcək.
"Benfika" səfərdə məğlub etdiyi Ukraynanın "Dinamo" (Kiyev) klubuna Portuqaliyada da qalib gələrək, qrup mərhələsinə yüksəlib.
İsrailda "Makkabi" (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan "Srvena Zvezda" Serbiyada rəqibi ilə heç-heçə edərək, turnirlə vidalaşıb. Hayfa təmsilçisi isə qrupa vəsiqə qazanıb.
--------------------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gələcək.
"Qarabağ" Çexiyada "Viktoriya" (Plzen) kollektivinin müqavimətini qırmağa çalışacaq. Bakıdakı ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb.
Ukraynanın "Dinamo" (Kiyev) klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. Lissabon təmsilçisi ilk matçda 2:0 hesabı ilə qalib gəlib.
İsrailda "Makkabi" (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan "Srvena Zvezda" Serbiyada məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
23 avqust
UEFA Çempionlar Liqası, pley-off mərhələsi
Cavab oyunları
23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan) - 2:1
Qol: Yan Kopits, 58. Yan Kliment, 73 - Filip Ozobiç, 38
İlk oyun - 0:0
23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail) - 2:2
Qollar: Aleksandar Peşiç, 27. Mirko İvaniç, 43 - Daniel Sundqren, 45+5. Milan Pavkov, 90 (avtoqol)
İlk oyun - 2:3
23:00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0
Qollar: Nikolas Otamendi, 27. Rafa Silva, 40. David Neres, 42
İlk oyun - 2:0
Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq.