İspaniyanın "Sevilya" klubu iki futbolçu transferini gerçəkləşdirib.
Sportnet.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, danimarkalı hücumçu Kasper Dolberq və Kosovo-alban-türk əsilli belçikalı yarımmüdafiəçi Adnan Yanuzayla müqavilə bağlanılıb.
Yanuzayın müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Ötən mövsümü "Real Sosyedad"da oynamış 27 yaşlı cinah futbolçusu olan Yanuzay sərbəst futbolçu kimi "Sevilya"ya keçib.
24 yaşlı Dolberq isə Fransanın "Nitsa" klubundan icarəyə götürülüb.