"Qarabağ" komandasının UEFA Avropa Liqasında "Frayburq"a qarşı Almaniyada keçirəcəyi I tur matçı üçün səfər proqramı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Bakını sentyabrın 6-da saat 17:00-da çarter reysli təyyarə ilə tərk edəcək.
Frayburq şəhərində hava limanı olmadığından, Ağdam komandasını aparacaq təyyarə 5 saatlıq uçuşdan sonra İsveçrənin Bazel şəhərinə eniş edəcək. Oradan isə komanda 60 km məsafədə yerləşən Frayburqa yola düşəcək.
Sentyabrın 7-də yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə saat 21:40) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, "Europe Park" stadionunda təşkil olunacaq G qrupunun I tur matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Ağdam komandası Bakıya oyunun ertəsi günü qayıdacaq.