“Bir neçə gün ərzində komandada əhval-ruhiyyəni qaldırmağa, qələbə ruhu formalaşdırmağa çalışmışıq. Futbolçuların əhvalı yaxşdır. Kollektivi düşdüyü bu durumdan çıxarmalı, nəticələr qazanmalıyıq".
Sportnet.az xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Zamana ehtiyaclarının olduğunnu söyləyən 51 yaşlı mütəxəssisin sözlərinə görə, vaxt komandasını sıxır.
Əhmədov bu gün Misli Premyer Liqasının VI turunda "Turan Tovuz"a qarşı keçirəcəkləri səfər oyunu barədə danışıb: "Qərb derbisinin prinsipiallığı məlumdur. Azərbaycan çempionatında 2-3 derbidən biridir. Komandaların elitaya qayıtması ilə bu derbi çempionata rəng qatacaq. Məqsədimiz qarşıdakı görüşdə yaxşı nəticə qazanmaqdır. Bunun üçün hazırlaşmışıq. İşimizi səfərbər etmişik. Çətinliklərə baxmayaraq Gəncə futbolunun əvvəlki əzəmətini qaytarmağa səy göstəririk. Azarkeşlərə sevinc bəxş etmək üçün çalışırıq. Onlar bizə dəstək verirlər, oyunlardan zövq almaq istəyirlər. Zamanla komandamız fanatları nəticələri ilə sevindirəcək”.
Qeyd edək ki, bu gün keçiriləcək "Turan Tovuz" - "Kəpəz" matçı saat 16:30-da başlayacaq.