"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Frayburq" klubu Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda VI turda Mönhenqladbax "Borussiya"sını qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Xallarının sayını 13-ə çatdırıb "Frayburq" liderliyi əldən verərək ikinci pilləyə düşüb.
"Olimpiakos" isə Yunanıstan Super Liqasının IV turunda "Volos"u qəbul edib. Matç 1:1 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində 29-cu dəqiqədə Oqnyen Ozeqoviç, meydan sahiblərində isə 76-cı dəqiqədə Yusuf El-Arabi fərqlənib. Xallarının sayını 8-ə çatdıran Pirey təmsilçisi 3-cü sırada yer alıb.