UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holannın Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə matçdakı dəqiq zərbəsi layiq görülüb.
22 yaşlı forvard 2:1 hesabı ilə qalib gəldikləri görüşdə qələbə qolunun müəllifi olub.
Qeyd edək ki, "şəhərlilər"in yay transfer dönəmində heyətinə qatdığı Erlinq Holann məhz Dortmun təmsilçisindən alınıb.
Our noisy neighbours has become more noisy @ErlingHaaland ???? pic.twitter.com/H1lg0A3qDA
— 254 United????????????️ (@254unitedd) September 14, 2022