UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərənin "Mançester Siti" klubundan Kevin de Brüyne layiq görülüb.
31 yaşlı belçikalı yarımmüdafiəçi Almaniyanın "Borussiya" (Dortmund) komandasını 2:1 hesabı ilə məğlub etdikləri görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.