İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu oyunlar vaxtı ayağını qorumaq üçün geyindiyi qalxancığını ilə üzvlərinin fotoları ilə bəzəyib.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı hücumçunun qalxancığı əlinə aldığı epizod Moldova "Şerif"i ilə Avropa Liqasının II tur matçında diqqətdən yayınmayıb.
Bu görüşdə portuqaliyalı forvard penaltini dəqiq yerinə yetirərək, klubunun heyətində bu mövsüm ilk qolunu vurub. Səfərdə 2:0 hesablı qələbə qazanan "Mançester Yunayted" "Şerif"lə birlikdə hərəyə 3 xalla 2-3-cü yerləri bölüşür.
Qeyd edək ki, Kriştianu Ronaldu 2016-cı ildə Corcina Rodrigeslə görüşür. Rodriges 2017-ci ilin payızında Alana adlı qız dünyaya gətirib. Ronaldunun surroqat anadan Kiçik Kriştianu, eləcə də Yeva və Mateo adlı əkiz övladları da var.