
"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "şəhərlilər" VIII turda səfərdə "Vulverhempton"la üz-üzə gəlib.
Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Mançester Siti"nin qollarını 1-ci dəqiqədə Cek Qriliş, 16-cı dəqiqədə Erlinq Holann, 69-cu dəqiqədə isə Fil Foden vurub.
Meydan sahiblərində Neytan Kollinz 33-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Mançester Siti" liderliyə yüksəlib. "Şəhərlilər" hazırda əsas rəqiblərindən bir oyun çox keçirib. "Vulverhempton" isə 6 xalla 16-cı sıradadır.