Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma Şimali Makedoniya ilə üz-üzə gələcək.
Qarşılaşma noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da baş tutacaq.
Qeyd edək ki, komanda noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda Moldova seçməsi ilə görüşəcək.