
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" komandasının baş məşqçisi Timo Rost istefaya göndərilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna Aue təmsilçisinin III Bundesliqanın cari mövsümündə uğursuz çıxışı səbəb olub.
Komanda 44 yaşlı mütəxəssisin rəhbərliyi altında 9 turdan sonra cəmi 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Nəticələri analiz edən klub rəhbərliyi almaniyalı baş məşqçi ilə vidalaşıb.
Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinin, 2016-cı ildən isə "Ertsgebirge"nin formasını geyinir.