
Almaniya "Bavariya"sının baş məşqçisi Yulian Nagelsman istefayə göndərilməyəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Herbert Hayner yerli mətbuata açıqlama verib.
Funksioner 35 yaşlı mütəxəssisə güvəndiklərini bildirib. O, milli komandaların matçları ilə bağlı yaranmış fasilədən sonra Münhen təmsilçisinin həmişəki oyununu sərgiləyəcəyini söyləyib.
Qeyd edək ki, "Bavariya" Bundesliqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb.