"Qələbə qazandığımız üçün çox şadam".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda "CBC Sport"a açıqlamasında deyib.
Qarşılaşmada ilk qolun müəllifi olan 23 yaşlı hücumçu yaxşı oynadıqlarını bildirib: "Bütün matçlara qalibiyyət üçün çıxırıq. Qazaxıstanla görüşdə də yaxşı nəticə əldə etmək istəyirik. Hər kəsi bu oyuna baxmağa dəvət edirik".
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.