1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FHN icazə verdi: "Kəpəz" doğma arenasına qayıdır
“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin növbəti iclasında əsas komandanın oyunlarını Gəncədə keçirə bilməməsi yenidən müzakirə mövzusu olub.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, İdarə Heyətinin üzvləri bu problemin həlli istiqamətində dəstəyin göstərilməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müzakirələr aparıb.
Nəticədə şəhər stadionunun birinci yarusunda tribunalara təkrar texniki baxışın keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.
Müvafiq orqanların əməkdaşları arenaya vizual baxış keçiriblər. Birinci yarusda tribunaların mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik qaydalarına riayət olunmaqla, stadiona məhdud sayda azarkeşin buraxılması mümkün hesab edilib.
Yeni rəyə uyğun olaraq, klub ev oyunlarını Gəncədə keçirə bilməsi üçün qərara yenidən baxılması məqsədilə Peşəkar Futbol Liqasına müraciət edəcək.
Qeyd edək ki, "Kəpəz" növbəti ev oyununu oktyabrın 16-da "Neftçi"yə qarşı keçirəcək. Misli Premyer Liqasında X tur qarşılaşması saat 15:00-da başlanacaq.