
İspaniyanın "Real Madrid" klubunda çıxış edən Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb.
Sportnet.az-ın məlumatına görə, futbolçu buna səfərdə Avstriyaya 3:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçında fərqlənməklə nail olub.
Modriç yığmanın tarixində qol vuran ən yaşlı oyunçu adına sahib çıxıb. Yarımmüdafiəçi 37 yaş 16 günlüyündə bunu bacarıb. Əvvəlki rekord 36 yaş 327-ci günündə fərqlənən Niko Kovaça məxsus idi.
Qeyd edək ki, Xorvatiya millisi A Liqasının 1-ci qrupunda 13 xal toplayaraq lider olub və final mərhələsinə yüksəlib.