"Sumqayıt"ın futbolçusu Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində evdə Bolqarıstana qarşı keçirilən UEFA Millətlər Liqasının C Divizionun VI tur oyununda meydandan qovulub.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
Hazırda matçda ikinci hissə oynanılır və hesab açılmayıb.
Qeyd edək ki, Todor Todoroski cari mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edir.