
İngiltərə Futbol Assosiasiyası "Everton" klubunu 300 000 funt sterlinq məbləğində cərimələyib.
Sportnet.az-ın məlumatına görə, belə cəzaya komanda azarkeşlərinin mayda "Kristal Pelas"la oyun zamanı meydana girmələri səbəb olub.
Matçın gedişində 0:2 hesabı ilə geridə ikən "Everton" əzmkar qələbəyə nail olub - 3:2. Bunun sayəsində klub sona bir tur qalmış Premyer Liqada qalmağı təmin edib. Final fitindən sonra fanatlar kütləvi şəkildə meydana qaçıblar.
Bu zaman onlardan biri "Kristal Pelas"ın baş məşqçisi Patrik Vieyra ilə münaqişəyə girib. Nəticədə Vieyra bir çox digər futbolçu kimi, paltardəyişmə otağına gedə bilməyib.
İnsidentlə əlaqədar azarkeşə və baş məşqçiyə fərdi sanksiya tətbiq edilməyib. Lakin "Everton" lazımi səviyyədə təhlükəsizlik tədbirləri görmədiyi üçün cavab verməli olacaq.