
İngiltərənin "Mançester Siti" klubu futbolçusu Fil Fodenlə müqavilənin müddətini uzadacaq.
Sportnet.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
"Şəhərlilər" artıq ingiltərəli oyunçu ilə razılıq əldə edib.
Qeyd edək ki, "Mançester Siti"nin yetirməsi olan Fil Fodenin hazırkı müqaviləsi 2024-cü ildə başa çatmalıdır. Yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 11 matça çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.