İspaniyanın "Elçe" klubu baş məşqçisi Fransisko Rodrigesi istefaya göndərib.
Sportnet.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub uğursuz nəticələrə görə 44 yaşlı mütəxəssislə vidalaşıb.
Komanda çempionatda keçirdiyi son 5 qarşılaşmada məğlub olub.
Qeyd edək ki, "Elçe" La Liqada 7 turdan sonra 1 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.