19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, yığma ilk turda Monteneqro ilə qarşılaşıb.
Xorvatiyada keçirilən matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasından Edanur Mutlu fərqlənib.
Qrupun digər oyununda Xorvatiya Kiprə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 7-də Kipr, 10-da Xorvatiya ilə üz-üzə gələcək.