19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Kipr yığması olub.
Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda təşkil olunmuş qarşılaşma rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
U-19 qızlar arasında Avropa çempionatı
7 oktyabr
Seçmə mərhələ
B Liqası, 1-ci qrup
17:30. Azərbaycan - Kipr - 0:4
Qollar: Kristina Kiriakidi, 16; 59. Domina Stilianu, 52. Anna Sofokleus, 66
Baş hakim: Marisca Overtoom (Niderland)
Baş hakimin köməkçiləri: Diana Snoeren (Niderland), İvona Pejic (Xorvatiya)
Dördüncü hakim: Jelena Kumer (Xorvatiya)
Qeyd edək ki, Azərbaycan millisi ilk turda Monteneqroya uduzub - 1:2. Son turda rəqib Xorvatiya olacaq. Görüş oktyabrın 10-da olacaq.