"Şamaxı" futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ilk qələbəsini qazanıb.
Sportnet.az-ın məlumatına görə, Vüqar Əsgərlinin baş məşqçi olduğu komanda XIII turda səfərdə "Turan Tovuz"la üz-üzə gəlib.
Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şamaxı klubunun qollarına 17-ci dəqiqədə Kamran Quliyev, 42-ci dəqiqədə Rauf Hüseynli, 51-ci dəqiqədə Fuad Bayramov imza atıb.
Tovuz təmsilçisinin yeganə qolunu 33-cü dəqiqədə Runi Eva penaltidən vurub.
Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Şamaxı" 9-cu pillədə qərarlaşıb. Meydan sahibləri 15 xalla 6-cı sıradadır.
Qeyd edək ki, XIII turun "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri noyabrın 5-də, "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçları isə noyabrın 6-da baş tutacaq.
-------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIII tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək. Meydan sahibləri 15 xalla 6-cı, qonaqlar 4 xalla 9-cu pillədə qərarlaşıb. Birinci dövrədəki matçda Tovuz təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
Azərbaycan Premyer Liqası
XIII tur
15:00. “Turan Tovuz” – “Şamaxı” - 1:3
Qollar: Runi Eva, 33 (p) - Kamran Quliyev, 17. Rauf Hüseynli, 42, Fuad Bayramov, 51
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
Tovuz şəhər stadionu
Qeyd edək ki, XIII turun "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri noyabrın 5-də, "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçları isə noyabrın 6-da baş tutacaq.