"Astana" Qazaxıstan çempionatında cari mövsümün qalibi olub.
Sportnet.az xəbər verir ki, komanda ölkə çempionatının XXVI turunda səfərdə Karaqanda "Şaxtyor"una 3:2 hesabı ilə qalib gələrək bu uğura imza atıb.
Komanda ən yaxın izləyicisi "Aktobe"ni 1 xal qabaqlayaraq tarixində 7-ci dəfə Qazaxıstan çempionu tituluna yiyələnib. Bu isə rekord göstəricidir.
Qeyd edək ki, "Aktobe" 2-ci, "Tobol" 3-cü yeri tutub.