Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 200-cü matçına çıxıb.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III turunun “Turan Tovuz”la təxirə salınan oyunu müdafiəçi üçün əlamətdar olub.
31 yaşlı Hüseynov Ağdam klubunun heyətində 2012/13 mövsümündə debüt edib. O, 200 oyunda 4 qola imza atıb.
Müdafiəçi üç gün öncə daha bir yubileyini qeyd edib. XIII tur Bədavinin “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 300-cü matçı idi.
Hüseynov “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna nail olub.