
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçı başa çatıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Fransanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb. Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib.
Bununla belə, oyunun 86-cı dəqiqəsində Mbappe yenidən səhnəyə çıxıb. Qrizmanın ötürməsindən sonra dəqiq oynayan hücumçu komandasının qələbə qolunu vurub.
Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmağa haqq qazanıb. Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər.
--------------------------------
Futbol üzrə Polşa milli komandası Qətərdə keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
Sportnet.az-ın məlumatına görə, Çeslav Mixneviçin baş məşqçi olduğu kollektiv C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib.
Görüşdə ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Son nöqtəni isə 82-ci dəqiqədə kapitan Robert Levandovski qoyub. Bu, 34 yaşlı hücumçunun mundiallar tarixində ilk qolu olub.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran Polşa millisi hələlik liderliyə yüksəlib. 3 xalı olan Səudiyyə Ərəbistanı yığması 2-ci pillədə qərarlaşıb. Meksika 1 xalla 3-cü, xalı olmayan Argentina isə sonuncudur. C qrupunda II turun digər oyunu bu gün Argentina və Meksika komandaları arasında olacaq.
-------------------------------
Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.
Görüş avstraliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.
İlk qələbəsini qazanan Avstraliya yığması 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Tunis isə sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, qrupun digər oyununda Fransa seçməsi Danimarkanı sınağa çəkəcək.
--------------------------------
Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, C və D qruplarında II turun qarşılaşmaları baş tutacaq.
Günün ilk matçı D qrupuna təsadüf edəcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə Tunis millisi Avstraliyanı sınağa çəkəcək. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gələcək.
C qrupunda isə II tura Polşa - Səudiyyə Ərəbistanı matçı ilə start veriləcək. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2022
Qrup məhələsi, II tur
C qrupu
17:00. Polşa - Səudiyyə Ərəbistanı - 2:0
Qollar: Pyotr Zelinski, 39. Robert Levandovski, 82
İstifadə edilməyən penalti: Salem Əl-Dosari, 45+1 (Səudiyyə Ərəbistanı)
Baş hakim: Vilton Sampayo (Braziliya)
"Edyukeyşn Siti" stadionu
23:00. Argentina - Meksika - 2:0
Qol: Lionel Messi, 64. Entso Fernandes, 87
Baş hakim: Daniele Orsato (İtaliya)
"Lusail" stadionu
Xal durumu: Səudiyyə Ərəbistanı - 3, Polşa - 1, Meksika - 1, Argentina - 0
D qrupu
14:00. Tunis - Avstraliya - 0:1
Qol: Mitçel Dyuk, 23
Baş hakim: Daniel Zibert (Almaniya)
"Əl-Canub" stadionu
20:00. Fransa - Danimarka
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Stadium 974"
Xal durumu: Fransa - 3, Avstraliya - 3, Danimarka- 1, Tunis - 1.