Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib.
Sportnet.az “Assosiated Press”ə istinadən xəbər verir ki, əfsanəvi futbolçu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
O, bir neçə ildir bağırsaq xərçəngi ilə mübarizə aparırdı
Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.
Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.