Danışılmış oyunlara görə futboldan ömürlük kənarlaşdırılan MOİK-in yarımmüdafiəçisi Emin Mehtiyev AFFA-nın qərarından razı deyil.
Sportnet.az xəbər verir ki, bu barədə "report"a 31 yaşlı futbolçunun özü deyib. O, milli assosiasiyanın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti apellyasiya şikayəti verəcəyini bildirib.
Qərarla razılaşmayan təcrübəli oyunçu hələlik bu barədə danışmaq istəmədiyini deyib.
Qeyd edək ki, Emin Mehtiyevlə yanaşı, onun komanda yoldaşı Fərmayıl Əliyev də ömürlük diskvalifikasiya olunub. Onlar "Səbail"ə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final oyununun nəticəsini manipulyasiya ediblər.