Azərbaycan millisinin və "İnter"in (hazırkı "Şamaxı") sabiq yarımmüdafiəçisi Nizami Hacıyev Rusiyada futbol məktəbi açıb.
Sportnet.az-ın məlumatına görə, veteran futbolçu bu barədə özünün feysbuk səhifəsində paylaşım edib.
Nizami Hacıyev adına N8H adlanan məktəb paytaxt Moskvada fəaliyyət göstərəcək. Orada 2005-2017-ci il təvəllüdlü uşaqlar futbolla məşğul olacaqlar.
Qeyd edək ki, "Olimpik", "Xəzər Lənkəran", MOİK, "Qəbələ" və "Keşlə" klublarının da formasını geyinmiş veteran futbolçu 2017-ci ilin dekabrında danışılmış oyunlara görə AFFA İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük kənarlaşdırılıb.