
FIFA 2022-ci ilin ən yaxşı qadın baş məşqçisi nominasiyası üzrə mükafatın finalçılarını açıqlayıb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, yekun siyahıda 3 mütəxəssis yer alıb.
Finalçılar bunlardır: Sonya Bompastor (Fransa / "Lion"), Pia Sundxage (İsveç / Braziliya millisi), Sarina Viqman (Niderland / İngiltərə millisi).
Qeyd edək ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.