Braziliya Futbol Konfederasiyası (CBF) İspaniya "Real Madrid"inin baş məşqçisi Karlo Ançelottinin yığmanın sükanı arxasına keçəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Sportnet.az-ın məlumatına görə, CBF-in prezidenti Ernaldo Rodriges qurumun rəsmi saytına açıqlamasında yayılan informasiyanın həqiqətə uyğun olmadığını söyləyib.
O bildirib ki, məsələ şəffaf şəkildə həll ediləcək və yeni baş məşqçinin adı yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Braziliya millisinə son olaraq Tite başçılıq edib. O, DÇ-2022-dəki uğursuzluqdan sonra istefa verib.