Çin Futbol Assosiasiyasının prezidenti Çan Syuyan ciddi nizam-intizam və qanun pozuntusunda şübhəli bilinir.
Sportnet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, yerli polis 67 yaşlı futbol funksioneri ilə bağlı araşdırmalara başlayıb. Daha əvvəl assosiasiyasının iki sabiq rəsmisi ilə bağlı da araşdırma aparılıb.
Qeyd edək ki, Çan Syuyan 2019-cu ildən Çin Futbol Assosiasiyasının prezidenti vəzifəsini yerinə yetirir.