UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, hər iki görüşdə qonaqlar qələbə qazanıblar.
Gecənin ən prinsipial matçı İngiltərədə "Liverpul"la İspaniya "Real Madrid"i arasında baş tutub. "Kral klubu" çətin səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.
Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"ın qapısından 2 cavabsız top keçirib. 36-cı dəqiqədə Neapol təmsilçisindən Xviça Kvaratsxeliya penaltini dəqiq yerinə yetirə bilməyib. 58-ci dəqiqədə isə meydan sahiblərindən Rendal Kolo-Muani qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransa PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.
--------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Gecənin ən prinsipial matçı İngiltərədə "Liverpul"la İspaniya "Real Madrid"i arasında baş tutacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Komandalar indiyədək Avropanın ən nüfuzlu klub turnirində 9 dəfə üz-üzə gəliblər. Bunların 5-də "kral klubu", 3-də "qırmızılılar" qalib gəliblər. Bir qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.
Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"ın qonağı olacaq. Oyunda ədaləti portuqaliyalı hakim Artur Diaş qoruyacaq.
İki komandanın Çempionlar Liqasında yolu cəmi bir dəfə kəsişib. 1994/1995 mövsümünə təsadüf edən hər iki qarşılaşmada Bundesliqa təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral
00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:5
Qollar: Darvin Nunyes, 4. Məhəmməd Salah, 14 - Vinisius Junior, 21; 36. Eder Militau, 47. Kərim Benzema, 55; 67
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, "Enfild" stadionu
00:00. "Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya) - 0:2
Qollar: Viktor Osimhen, 40. Covanni di Lorentso, 65
İstifadə edilməyən penalti: Xviça Kvaratsxeliya, 36 ("Napoli")
Qırmızı vərəqə: Rendal Kolo-Muani, 58 ("Ayntraxt")
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, "Frankfurt" stadionu.
Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransa PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.