
Braziliyanın "İtuano" komandasının qapıçısı Cian Kayo evində ölü tapılıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hadisənin fevralın 18-də baş verdiyi ehtimal olunur.
21 yaşlı qolkiperin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Cian Kayo ölkənin ən istedadlı qapıçılarından hesab olunurdu.