2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun H qrupunda Qazaxıstan və Sloveniya yığmaları arasında olub. Astana şəhərindəki eyniadlı arenada təşkil edilmiş qarşılaşmada qonaqlar qalib gəlib - 2:1.
Mərkəzi qarşılaşma isə Neapol şəhərində İtaliya və İngiltərə milliləri arasında gerçəkləşib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Turnirin son qalibi ilk yarıda buraxdığı toplara ikinci yarıda bir təsəlli qolu ilə cavab verib. İngiltərə yığması 80-ci dəqiqədə azlıqda qalsa da, Avropa çempionatının son qalibi say üstünlüyündən yararlana bilməyib. Beləliklə, İtaliya 62 ildən sonra Dumanlı Albion komandasına uduzub.
Portuqaliya isə Lixtenşteyni darmadağın edib - 4:0. Qollardan ikisini Kriştianu Ronaldu vurub.
Rasmus Hoylunn isə Danimarkanın Finlandiyaya 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada het-trik edib.
AVRO-2024, seçmə mərhələ
I tur
23 mart
C qrupu
23:45. İtaliya - İngiltərə - 1:2
Qollar: Mateo Retegi, 56 - Deklan Rays, 13. Harri Keyn, 44 (pen.)
Qırmızı vərəqə: Lük Şou, 80 (İngiltərə)
23:45. Şimali Makedoniya - Malta - 2:1
Qollar: Elif Elmas, 6. Darko Çurlinov, 72 - Yannik Yankam, 86
H qrupu
19:00. Qazaxıstan - Sloveniya - 1:2
Qollar: Maksim Samorodov, 23 - David Brekalo, 47. Jan Vipotnik, 78
22:45. Danimarka - Finlandiya - 3:1
Qollar: Rasmus Hoylunn, 21; 82; 90+3 - Oliver Antman, 53
22:45. San Marino - Şimali İrlandiya - 0:2
Qollar: Dion Çarlz, 24; 55
J qrupu
23:45. Portuqaliya - Lixtenşteyn - 4:0
Qollar: Juan Kanselu, 8. Bernardu Silva, 47. Kriştianu Ronaldu, 51 (pen.); 63
23:45. Slovakiya - Lüksemburq - 0:0
23:45. Bosniya və Herseqovina - İslandiya - 3:0
Qollar: Rade Kruniç, 14; 40. Amar Dediç, 63