
"Hər kəsə təşəkkür edirəm. Maraqlı oyun alındı. Belə matçları daha çox avrokuboklarda istəmişik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev evdə Türkiyə "Qalatasaray"ına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra CBC Sport-a açıqlamasında deyib.
"Rəqibin heyətində fərdi keyfiyyətlərə malik xeyli futbolçu oldu. Bu, bizə çətinlik yaratsa da, bərabər səviyyəli oyun oldu. Bəzi futbolçularımızın bizimlə olmaması öz sözünü dedi" 32 yaşlı yarımmüdafiəçi əlavə edib.