
AVRO-2024-ün seçmə mərhələsində II turun daha 8 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni saatda start götürüb.
B qrupunda Niderland millisi Cəbəllütariqi böyük, Fransa İrlandiyanı minimal hesabla yenib.
E qrupunda Polşa Albaniyanı 1 topla məğlub edibsə, Moldova Çexiya ilə heç-heçə etməyi bacarıb.
F qrupunda Avstriya yığması evdə Estoniya üzərində əzmkar qələbə əldə edib. Azərbaycan millisi isə İsveçlə qarşılaşmada biabırçı hesabla uduzub.
Nəhayət, G qrupunda Macarıstan Bolqarıstanı darmadağın edib. Monteneqro isə öz meydanında Serbiyaya uduzub.
AVRO-2024, seçmə mərhələ
II tur
24 mart
B qrupu
22:45. Niderland - Cəbəllütariq - 3:0
Qollar: Memfis Depay, 23. Natan Ake, 50; 82
Qırmızı vərəqə: Liam Uolker, 51 (Cəbəllütariq)
22:45. İrlandiya - Fransa - 0:1
Qol: Benjamen Pavar, 50
Xal durumu: Fransa - 6, Yunanıstan - 3 (1 oyuna), Niderland - 3, İrlandiya - 0 (1), Cəbəllütariq - 0
E qrupu
22:45. Polşa - Albaniya - 1:0
Qol: Karol Sviderski, 41
22:45. Moldova - Çexiya - 0:0
Xal durumu: Çexiya - 4, Polşa - 3, Moldova - 2, Farer adaları - 1 (1 oyuna), Albaniya - 0 (1)
F qrupu
22:45. İsveç - Azərbaycan - 5:0
Qollar: Emil Forsberq, 38. Bəhlul Mustafazadə, 65 (öz qapısına). Viktor Dyökereş, 79. Yesper Karlsson, 88. Antoni Elanqa, 89
22:45. Avstriya - Estoniya - 2:1
Qollar: Florian Kaynts, 68. Mixael Qreqoriç, 88 - Rauno Sappinen, 25
Xal durumu: Avstriya - 6, Belçika - 3 (1 oyuna), İsveç - 3, Estoniya - 0 (1 oyuna), Azərbaycan - 0
G qrupu
22:45. Macarıstan - Bolqarıstan - 3:0
Qollar: Balint Veçei, 7. Dominik Soboslai, 26. Martin Adam, 39
22:45. Monteneqro - Serbiya - 0:2
Qollar: Duşan Vlahoviç, 78; 90+6
Xal durumu: Serbiya - 6, Macarıstan - 3 (1 oyuna), Monteneqro - 3, Litva - 0 (1), Bolqarıstan - 0.