
İngiltərə yığmasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden əməliyyat olunub.
Sportnet.az-ın məlumatına görə, Avro-2024-ün seçmə mərhələsinin oyunları ilə əlaqədar millinin düşərgəsində olan futbolçunun səhhətində problem yaranıb.
22 yaşlı futbolçu kor bağırsağından əməliyyat olunub. Onun təxminən bir ay yaşıl meydanlardan kənarda qalması gözlənilir.
Qeyd edək ki, bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 13 qol vurub.