19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiyada keçirəcək oyunlar üçün yekun heyəti açıqlanıb.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu məqsədlə millimiz aprelin 1-dən 5-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yığmamızın heyətinə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:
U-19-un heyəti: Aytac Feyzullayeva, Milana Rəhimova, Fatimə Əhmədli (hamısı “Şırnak Belediye Spor”, Türkiyə), Nailə Aliyeva, Aytac Mirzəyeva, Müjgan Seyidova, İntizar Haqverdiyeva (hamısı “Neftçi”), Fidan Cəfərova, Samirə Aşırova, Nurçin Tarverdizadə, Türkan Abdullayeva, Lalə Həsənova (hamısı “Xırdalan Siti”), Fatiməyi Zəhra Huseynli (“Sumqayıt”), Gencay Şeyma Nur (“Yukatel Kayseri”, Türkiyə), Buse Nur Kocabey (“Antalyaspor”, Türkiyə), Tuğba Nur Bozkurt (“Beykent”, Türkiyə), Eda Nur Mutlu (“Qazikentspor”, Türkiyə), Nahidə Məmmədova (“Nuxa”)