Bu gün Misli Premyer Liqasında XXVIII tura start verilib.
Günün yeganə matçında "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edib.
Beş qolun qeydə alındığı oyunda qonaqlar qələbə qazanıb -3:2. Meydan sahibləri Natan Oduva və Runi Eva ilə iki dəfə önə keçsələr də, "gənclik şəhəri" təmsilçisi Kamran Əliyevin dublu ilə nəinki hesabı bərabərləşdirib, hətta Dieqo Kariokanın dəqiq penalti zərbəsi ilə qalibiyyət topunu da vurmağa müvəffəq olub.
Bu nəticənin ardından "kimyaçılar" xallarının sayını 24-ə çatdıraraq 7-ci pilləyə yüksəlib.
"Turan Tovuz" 28 xalla 6-cı sırada yer alır.
Misli Premyer Liqası
XXVIII tur
31 mart (cümə)
15:30. “Turan Tovuz” – “Sumqayıt” 2:3
Qollar: Natan Oduva, 7, Runi Eva, 33 - Kamran Əliyev, 11; 68. Dieqo Karioka, 58-pen.
Qırmızı vərəqə: Vüqar Mustafayev 90+3 ("Sumqayıt")
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu
Qeyd edək ki, aprelin 1-də "Kəpəz" - "Səbail" və "Zirə" - "Neftçi", aprelin 2-də isə "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" görüşləri keçiriləcək.