
"Qalatasaray" rəhbərliyi baş məşqçi Okan Burukun maaşını artırmağı düşünür.
Sportnet.az "Sabah"a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə mövsümün əvvəlində 1+1 illik müqavilə bağlayan İstanbul klubu onun gələn mövsüm üçün nəzərdə tutulan 20 milyon Türkiyə lirəsi maaşını 30 milyona qaldıracaq. Bu mövsüm isə baş məşqçinin maaşı 17 milyon lirədir.
Qeyde edək ki, Okan Burukun çalışdırdığı "Qalatasaray" hazırda Superliqada 63 xalla liderdir.