"Real"ın çalışdırıcısı Karlo Ançelottinin köməkçisi olan Davide Ançelotti artıq baş məşqçi kimi fəaliyyət göstərmək istəyir.
Sportnet.az xəbər verir ki, 34 yaşlı məşqçi İsveçrənin "Bazel" klubunu çalışdıra bilər.
Karlo Ançelottinin oğlu müntəzəm olaraq Çempionlar Liqasında çıxış edən klubun baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri hesab olunur. Onun növbəti mövsümdən Superliqa təmsilçisinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Davide Ançelotti 2021-ci ildən "Real"da işləyir. O, daha əvvəl İngiltərənin "Everton", İtaliyanın "Napoli", Almaniyanın "Bavariya" və Fransanın PSJ klublarında köməkçi məşqçi kimi çalışıb.