"Birinci, azarkeşlər sağ olsunar, atmosfer gözəl idi. Sən qol gözlədiyin momentdə qol vura bilərsən, amma həmin anda qapımızda qol gördük. 2-ci qol biz nəyi edə bilmirik onun bariz nümunəsi idi. Topu kontrol altında saxlayırıq, rəqib meydançasına gedirik amma alınmır. Çox çətindi danışmaq. Bu il hər bir standart vəziyyətdən qol buraxmışıq. Futbolçularımın canı sağolsun. Hazırlaşacayıq, əsas məqsədimiz çempionatda qalmaqdır. Şamaxıynan ağır oyunumuz var. Bundan da daha da qərarlı və yaxşı oynamalıyıq".
Sportnet.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XXIX turunda “Neftçi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransıda deyib.
"Rəqibin ustalığı bizdə çatışmır. Rəqib qapısına gedib çatırıq yalnız qol vura bilmirik. Sən istəmədən belə, rəqib elə oynayır ki, sən artıq başqa cür oynamağa başlayırsan. Onu da sizə deyim ki, "Neftçi"yə qarşı hücum futbolu oynamamaq mümkün deyil. "Neftçi” rəqiblərinə qol imkanı verən komandadır" deyə o əlavə edib.
Abasov oyundan sonra "Neftçi"nin kapitanı Emin Mahmudovla uzun müddət söhbət etməsinə də toxunub: "Eminlə uzun danışığımız oldu. Çünki Emini çox istəyirəm. Futbolçu ilə kontraktının bitməsi haqda danışdım. Keçmiş baş məşqçisi və böyük qardaş kimi ona bir neçə məsləhət verdim".