
Misli Premyer Liqasında XXIX turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" "Azərsun Arena"da "Kəpəz"i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı artıq 5-ci dəqiqədə Ağdam komandasından Abdullah Zubir açıb. 27-ci dəqiqədə qonaqlar penalti vurmaq hüququ qazanıblar. Lakin Ahmed Ayzaya bu imkanı qaçırmayıb. Bununla belə, Ayzanın komanda yoldaşı Yeqor Xvalko 29-cu dəqiqədə künc zərbəsindən sonra topu qapıdan keçirməyə müvəffəq olub.
Fasilədən sonra "Qarabağ" təşəbbüsü tamamilə əlinə alıb. Premyer Liqada debüt edən baş hakim Emin Əliyev 58-ci dəqiqədə VAR sisteminə müraciət etdikdən sonra "Kəpəz"in qapısına penalti təyin edib. Riçard Almeyda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasını önə çıxarıb. Oyunda son nöqtəni isə 67-ci dəqiqədə Leandro Andrade qoyub.
Beləliklə,"Qarabağ" ardıcıl 5-ci qələbə sayəsində xalını 77-yə çatdırıb və ən yaxın izləyicisi "Sabah"dan 12 xal aralanıb. "Kəpəz" isə 25 xalla 5-ci pillədə qalıb.
--------------------
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, “Turan Tovuz” “Şamaxı”nı qəbul edib. Tovuz şəhər stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2-ci dəqiqədə meydan sahiblərindən Runi Eva, 9-cu dəqiqədə qonaq komandadan Fuad Bayramov fərqlənib.
Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Turan Tovuz” aktivindəki xalların sayını 29-a çatdırıb. “Şamaxı” isə 21 xalla “Səbail”lə birlikdə son iki pilləni bölüşdürür.
Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib. Tura bu gün “Qarabağ” - "Kəpəz" matçı ilə yekun vurulacaq.
----------------------------
Bu gün Misli Premyer Liqasında XXIX turun son oyunları keçiriləcək.
Günə "Turan Tovuz" - "Şamaxı" matçı ilə start veriləcək. Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
Hazırda "Turan Tovuz" 28 xalla 6-cı pillədə qərarlaşıb. 20 xala malik "Şamaxı" isə sonuncu sıraya enib.
İki komanda indiyədək 3 dəfə üz-üzə gəlib. Cari mövsümə təsadüf etmiş matçlardan 2-də "Turan Tovuz", 1-də "Şamaxı" qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 3:3.
Digər tərəfdən, meydan sahibi olan komanda xal qazana bilməyib. “Turan Tovuz” hər üç qarşılaşmada bir qol vurub.
Turun son oyunu isə "Azersun Arena"da "Qarabağ" və "Kəpəz" arasında gerçəkləşəcək. Görüşü gənc referi Emin Əliyev idarə edəcək.
Hazırda 74 xalla 1-ci pillədə yer alan Ağdam təmsilçisi qələbə sayəsində çempionluğa daha da yaxınlaşacaq. 25 xalla 7-ci yerdə gedən "Kəpəz" isə xal qazanacağı təqdirdə, hətta 6-cı pilləyə iddia edəcək.
Bu komandalar əvvəllər 52 dəfə qarşılaşıblar. Oyunların 28-də "Qarabağ", 14-də "Kəpəz" qələbə qazanıbsa, 10 görüş "sülh"lə nəticələnib. Topların nisbətində Ağdam təmsilçisinin 72:56 üstünlüyü var. “Qarabağ” son 16 şəxsi oyunda qol vurubsa, “Kəpəz” son 27 matçda qalib gəlməyib.
Misli Premyer Liqası, XXIX tur
9 aprel (bazar)
16:00. “Turan Tovuz” – “Şamaxı” - 1:1
Qollar: Runi Eva 2. Fuad Bayramov, 9
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:30. “Qarabağ” – “Kəpəz” - 3:1
Qollar: Abdullah Zubir, 5. Riçard Almeyda, 58 (pen.). Leandro Andrade, 67 - Ahmed Ayzaya, 29
İstifadə olunmamış penalti: Ahmed Ayzaya, 27 ("Kəpəz")
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”
Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" evdə "Zirə"ni, "Səbail" "Şamaxı"nı 2:1, "Neftçi" isə səfərdə "Sumqayıt"ı 4:0 hesabı ilə üstələyib.