Türkiyənin "Fənərbaxça" klubu yayda hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi "Vulverhempton"da çıxış edən Raul Ximeneslə maraqlanır. Bu barədə "TV Azteca" məlumat yayıb. "Sarı-lacivərtlilər" meksikalı forvardın meneceri ilə görüşüb transferi müazakirə ediblər. Görüşün müsbət keçdiyi bildirilir.
31 yaşlı forvardı "Beşiktaş"da transfer etmək istəyir.
Qeyd edək ki, "Vulverhempton" Raul Ximenesi 2019-cu ilin yayında "Benfika"dan transfer edib. Təcrübəli hücumçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 18 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.tra