“Tottenhem”in xorvatiyalı futbolçusu İvan Perişiç “İnter”ə qayıtmaq istəyir.
Sportnet.az xəbər verir ki, yarımmüdafiəçinin London klubuna keçidi cəmi bir il əvvəl olsa da, o, yenidən geri dönmək arzusundadır. Antonio Kontenin “Tottenhem”dən ayrılması 34 yaşlı futbolçunun da qərarına təsir göstərib. Perişiçin komandaya gəlməsinin təşəbbüskarı məhz italiyalı məşqçi idi.
Perişiç 2020-2021-ci illər mövsümündə “İnter”də Kontenin rəhbərliyi altında oynayıb. Həmin vaxt Milan klubu İtaliya çempionu olub.
Perişiç cari mövsümdə bütün turnirlərdə 39 oyun keçirib, 1 qol vurub və 11 məhsuldar ötürmə verib. Onun London klubu ilə müqaviləsi 2024-cü ilin iyununa kimidir.