"Həddindən artıq gərgin oyun alındı. Belə matçlarda çox diqqətli olmaqla lazımdır. Oyun ərzində bir epizod istisna olmaqla, ciddi qol imkanlarını xatırlamıram. Amma gərginlik hiss olunurdu. Məncə, nəticə oyuna görədir".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XXX tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
45 yaşlı mütəxəssis komandasından razılıq ifadə edib: "Bu gün heç birimiz pis oynamadıq. Səhvlər az oldu, rəqibə fərqlənmək imkanı vermədik. Bu gün uduzmamaq məqsəd yox, əsas məsələ idi. Burada meydan amili, ab-hava və hava amili də var. Futbolçularıma təşəkkür düşür".